Zərdüşt Əlizadənin fikirlərinə qardaşı Araz Əlizadədən SƏRT REAKSİYA “O, səhv düşünür”

Siyasət 14:15 09.02.2022
Azərbaycan Sosial Demokrat partiyasının sabiq sədri Zərdüşt Əlizadənin Azərbaycanda sol partiyaların olmaması barədə açıqlaması hazırda həmin partiyanın başqanı olan qardaşı Araz Əlizadənin və Azərbaycan Kommunist partiyasının sədri Rauf Qurbanovun narazılığına səbəb olub.
 
EDNews-a açıqlamasında A.Əlizadə bildirib ki, Azərbaycan Sosial Demokrat partiyası hər zaman siyasi səhnədə aktiv fəaliyyət göstərib və bu günə qədər öz gücünü qoruyub saxlayır. 
 
“Mən Zərdüşt Əlizadənin fikri ilə heç razı deyiləm, o, düzgün fikirləşmir. Bizim partiya istənilən məsələ ilə bağlı hər yerdə öz sözünü deyir. Partiyamızın mövcudluğu da göz qabağındadır”.  
 
Azərbaycan Kommunist partiyasının sədri Rauf Qurbanov isə Zərdüşt Əlizadəyə təklif edib ki, gəlib, Kommunist partiyasının proqramlarını və orada qaldırılan məsələləri izləsin.  
 
“Bizim partiyanın siyasi ideologiyası və siyasi xətti var. Biz kommunistlər ölkədə yoxsuluğun azalması, sosial bərabərsizliyin aradan qaldırılması, ən əsası sosial rifahın və ədalətin təmin edilməsi uğrunda mübarizə aparırıq.  Bu yolda biz öz siyasətimizi davam etdirəcəyik”.  
 
Rauf Qurbanov Azərbaycanda bütün siyasi partiyaların fəaliyyətində problemlərin  olduğunu da vurğulayıb. 
 
“Azərbaycanda hazırki vəziyyət siyasi partiyaların aktiv fəaliyyət göstərməsinə imkan vermir. Bunun səbəblərdən biri parlament seçkilərinin proporsional qaydada keçirilməməsidir. Belə olan halda partiyaların cəmiyyətdə rolu azalır.
 
Ancaq düşünürəm ki, bu məsələlər zamanında öz həllini tapacaq”. 
 
Sol cərəyanın liderlərindən fərqli olaraq, Milli Məclisin deputatı, sağ cərəyana yaxın  olan Azərbaycan Qurtuluş partiyasının sədri Fazil Mustafa isə vurğulayıb ki, Azərbaycanda bir çoxları solçuluğu kommunist ideologiyası ilə bağlayır. 
 
“Əslində bu düşüncə kökündən səhvdir. Sol cərəyan adı altında sosializm  nəzəriyyəsinə fərqli münasibət bəsləyən müxtəlif qruplar cəmləşib. Azərbaycanda solçuluğun olmaması zəif intellektual mühitin olması ilə bağlıdır. Məsələn,
 
Türkiyədə intellektual təbəqə yetişdirən sol cərəyanlar var. Bu cərəyanlar Türkiyənin ictimai-siyasi fəaliyyətində öz adlarını yazıblar. Azərbaycanda bu ideologiyanın olmaması cəmiyyətimizin həm mədəni, həm də intellektual səviyyəsinə təsir edir. Bu normal hal deyil.  Düzdür, Zərdüşt Əlizadə, Məmməd Süleymanov və Eynulla Fətullayev solçuluqla bağlı yazılar yazıblar. Amma bu yetərli olmayıb. Siyasi və sosial baxımdan bu məsələyə yenidən baxılmalıdır”. 
 
Fazil Mustafa Azərbaycanda heç sağ təmayüllü cərəyanın da siyasi səhnədə görünmədiyini qeyd edib. 
 
“Ölkədə partiyaların olması üçün təbəqələrin mövcudluğu haqqında təsəvvür olmalıdır. Azərbaycanda nə yuxarı, nə də aşağı təbəqənin təşkilatlanması yoxdur”.
 
Qeyd edək ki, dünyanın bir çox yerlərində - Avropa və Latın Amerika ölkələri, Türkiyə, hətta Rusiya da sol təmayüllü partiyalar siyasi səhnədə daima aktiv fəaliyyət göstərirlər. 20-ci əsrin axırlarında SSR-nin və Şərqi Avropada sol blokun çökməsi, ümumiyyətlə Marksizm nəzəriyyəsinin tarixə qərq olmasına baxmayaraq, bir çox ölkələrdə radikal (Sosialistlər) və yumşaq ( Sosial Demokratlar) sol cərəyanların hələdə seçkilərdə böyük uğurlar əldə edirlər.  Bildiyimiz kimi, sol təmayüllü partiyaların proqramlarında sosial-iqtisadi problemlərin həlli, iqtisadi inkişaf və sosial rifahın təmin edilməsi əsas yer tutur. Onlar yalnız bu yollarla vətəndaşları öz tərəfinə çəkə bilirlər. 
 
Azərbaycanın özündə də sol meyilli partiyalar – Azərbaycan Kommunist Partiyası, Azərbaycan Sosialist Partiyası və Azərbaycan Sosial Demokrat Partiyası fəaliyyət göstərirlər.
 
Yunis Abdullayev
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Hamısı