Milli Məclisdə Xocalı soyqırımının qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Ednews xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda soyqırımı qurbanlarının xatirəsinin yad olunmasını təklif edib.
Deputatlar təklifi qəbul edib və Xocalı soyqırımının qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, plenar iclasda Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Milli Məclisin bəyanatı haqqında parlamentin qərar layihəsi müzakirəyə çıxarılıb.
Vüsalə Balayeva