“Rusiya və Ukrayna arasındakı münaqişəsi ilə bağlı dünya enerji bazarlarında təbəddülatlar yaşadır. Ölkəmizdəki bəzi ermənipərəst dairələr neft və qazın qiymətinin artmasına doğru münasibət göstərmirlər”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Elman Nəsirov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.
Deputat fikirlərini bu cür davam etdirib:
"Bununla Azərbaycan və Rusiya arasında gərginlik yaranacağı bildirilir. Bu kimi informasiyaların yayılması məqsədyönlüdür. Avropa İttifaqının qaza olan tələbatı 500 milyard kubmetrdir. Azərbaycan isə ən yaxşı halda gələn il 9.1 milyard kubmetr qaz ixrac edəcək. Biz necə Rusiyaya rəqib ola bilərik? Bu cür absurd anti-Azərbaycan kampaniyasınını həmin ermənipərəst dairələr yayır".
Vüsalə Balayeva