“Sənədsiz evlərin sənədləşdirilməsi ilə problem hər dəfə təklif kimi irəli sürüldüyü halda niyə öz həllini tapmır?”
Ednews xəbər verir ki, bu sualı deputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasındq iştirak edən Ombudsman Səbinə Əliyevaya ünvanlayıb. Deputat qeyd edib ki, evlərin sənədləşdirilməsi ilə bağlı Prezidentin tapşırığı olsa da məsələ hələ ki, öz həllini tapmır.
“Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı Prezident İlham Əliyev də öz göstərişini verib. Lakin artıq dəfələrlə bu məsələ təklif kimi irəli sürülsə belə, problem öz həllini tapmır”.
Vüsalə Balayeva