“Biz İran nümayəndə heyətinin bu səfərinə çox önəm veririk”.
Ednews xəbər verir ki, bunu Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev deyib.
Şahin Mustafayev bildirib ki, bu gün çox geniş müzakirələr aparılıb: “Sabah Azərbaycanla İran arasında diplomatik münasibətlərin qurulmasından 30 il vaxt keçir. Bizim ikitərəfli və çoxtərəfli sahələri əhatə edən əməkdaşlığımız dinamik şəkildə inkişaf edir. Bu ilin yanvar ayında da çox müsbət dinamika müşahidə edilir. Bizim ticarət əlaqələrimiz inkişaf edir. Əlaqələrimizin inkişafında qarşılıqlı sərmayələrin böyük rolu var. 2050 İran şirkəti Azərbaycanda fəaliyyət göstərir. Sərmayələr sahəsində bizim görəcəyimiz işlər çoxdur. Yeni layihələr təklif olunur. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İran şirkətləri fəaliyyət göstərəcək. İran şirkətləri bərpa işlərinə cəlb olunurlar. Bu gün artıq bir neçə layihə ilə onlar fəaliyyətə başlayacaqlar”.