Fəxrəddin Altun: Türkiyə S-400-ləri Ukraynaya göndərməlidir təklifi real deyil

Siyasət 12:08 28.03.2022
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Amerikanın “The Wall Street Journal” qəzetində dərc olunan və Türkiyənin Ukraynaya S-400 hava hücumundan müdafiə sistemini Ukraynaya göndərməsini tövsiyə edən məqaləyə “Bu fikir heç də real deyil” fikri ilə cavab verib.
 
Martın 18-də “The Wall Street Journal” qəzetində dərc olunan məqalədə “Türkiyənin Ukraynaya “S-400” hava hücumundan müdafiə sistemi göndərməklə atacağı addımın Ukraynanın təcili ehtiyacını ödəyəcəyi, həmçinin ABŞ-ın Türkiyəyə “Patriot” zenit-raket kompleksləri satışı və Türkiyənin F-35 proqramına yenidən daxil edilməsinə zəmin yaradaraq ABŞ-Türkiyə münasibətlərini düzəldəcəyi bildirilib.
 
Məqalə ilə bağlı verdiyi açıqlamasında sözügedən ideyanın heç də real olmadığını, ancaq Türkiyənin son illərdə Qərblə yaşadığı problemləri müzakirə etmək üçün bir fürsət verdiyini bildirən Altun Türkiyənin Rusiyadan S-400 alması qərarı ilə bağlı ABŞ tərəfindən verilən bütün açıqlamalarda Türkiyənin əvvəlcə ABŞ-la görüşdüyünü lakin ABŞ-ın “Patriot” zenit-raket kompleksləri satmaqdan imtina etdiyinin görməməzliyə vurulduğuna diqqət çəkib.
 
Türkiyənin dünyanın ən təhlükəli və qeyri-sabit bölgələrindən birində yerləşdiyini vurğulayan Altun “Üzləşdiyi təhdidlər və ABŞ-ın rədd cavabı sehrli şəkildə aradan qalxmadığı üçün Türkiyə alternativ sistemlər axtarmalı oldu. Bunu sabiq prezident Donald Tramp da vəzifədə olarkən bunu qəbul etmişdi. Ona görə də o zaman Türkiyənin Patriot almaq variantı aradan qaldırıldı. Bundan əlavə, Türkiyə Rusiya ilə münasibətlərində gərginliyin son həddə çatdığı bir vaxtda müttəfiqlərimizin ölkəmizdən “Patriot” zenit-raket komplekslərini necə çıxardığını hələ unutmayıb. Bu təcrübələrə görə Türk xalqı artıq “Patriot”ların tədarükü ilə bağlı Qərbin verdiyi heç bir “qeyri-rəsmi öhdəliyi” ciddi qəbul etmir. Türkiyənin siyasi səbəblərə görə F-35 proqramından qeyri-qanuni olaraq kənarlaşdırılması, Türkiyəyə mükafat olaraq təqdim edilən “proqrama təkrar qatılmaq” ideyasını ciddi qəbul etməsini də çətinləşdirir.”, - deyə bildirib.
 
Türkiyənin Qərbin bütün mane olma cəhdlərinə baxmayaraq hazırda Ukraynanın da inventarında yer alan “Bayraktar” pilotsuz uçuş aparatını dizayn edib istehsal etdiyini  qeyd edən Altun “Məsələn, Kanada Türkiyəyə silah satışını qadağan etdi. Lakin NATO müttəfiqləri arasında müdafiə sahəsində əməkdaşlığın mənasız şəkildə siyasiləşdirilməsi, Türkiyənin xarici dövlətlərdən asılılığını azaldıb və türk şirkətlərini yeniliklər etməyə sövq edib.”, - deyib.
 
Altun 70 illik NATO müttəfiqi və bir çox kritik bölgədə stabilləşdirici aktyor olan Türkiyə ilə münasibətlərin normallaşmasının Qərbin və xüsusilə ABŞ-ın üzərinə düşdüyünü vurğulayaraq bunları bildirib:
"Avropa Birliyinə üzvlüyünü strateji məqsəd, NATO müttəfiqliyini qürur mənbəyi kimi görən Türkiyə Qərbdən layiq olduğu dəstəyi alacağını gözləyir. Bu münasibətləri bərpa etmək üçün qeyri-rəsmi təkliflər deyil inam artırıcı addımlar lazımdır. Qərbin bu gün etməsi lazım olan F-35 döyüş təyyarələri və Patriot zenit-raket komplekslərini ilkin şərt olmadan Türkiyəyə çatdırmaqdır."
 
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
Hamısı