“Yardımlı-Masallı yolunun bərpası istiqamətində bu il iş görüləcəkmi?”
Ednews xəbər verir ki, bu sualı deputat Musa Qasımlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədova ünvanlayıb.
“Təxminən 5 kilometr uzunluğu olan Yardımlı-Masallı yolunun bərpası üçün 6 milyon manat vəsait ayrılıb. Lakin yol yenidən dağılmış vəziyyətdədir. Hesablama Palatasından bildirilib ki, yolun bərpası ilə bağlı işlər görüləcək. Bu mövzu əhalini narahat edir. Bu il bu istiqamətdə hər hansı addım atılacaqmı?”
Musa Qasımlıya cavab olaraq, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, cari ildə hələ ki, Yardımlı-Masallı yolunun bərpası ilə bağlı nəzarət tədbiri başlamayıb.
Vüsalə Balayeva