"Olmazmı ki, “Şuşa” adı ilə bağlı qanun digər tarixi abidələrimizin adları ilə bağlı da qəbul olunsun?”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Fəzail Ağamalı Milli Məclisin plenar iclasında səsləndirib.
Deputat fikirlərinin davamında bunun daha ədalətli olacağını bildirib.
Fəzail Ağamalı Şuşa şəhəri ilə bağlı vikipediyanın rus variantının bərbad vəziyyətdə olduğuna diqqət çəkib:
“Mən bunu müxtəlif platformalarda səsləndirmişəm. Düşünürəm ki, bu məsələyə ciddi yanaşılması və lazımi düzəlişlərin edilməsi vacibdir”.
Vüsalə Balayeva