“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin buradakı nümayəndəsinindən xahiş edirəm ki, çıxsın televiziyaya və insanların pensiyasının onlar tərəfindən kəsildiyini bildirsin”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Fəzail Ağamalı Milli Məclisin plenar iclasında səsləndirib.
“Xalq buna görə bizi təhqir edir. 60-65 yaş arası insanların pensiyaları kəsilib. Onları bu müavinətə hansı formada salmaq olar ki, heç olmasa xəstəliyin pulunu ala bilsinlər”-,deyə deputat əlavə edib.
Vüsalə Balayeva