AŞPA-nın Yaz Sessiyasının ilk günündə Ermənistan tərəfi hər zaman olduğu kimi aqqressiv ritorikası ilə çıxış edib və Azərbaycan tərəfindən cavabını aldı. Təəssüf ki, Ermənilər sülh zamanı olduğunu hələ də dərk etmirlər. Zaman isə onların əleyhinə işləyir”.
Ednews xəbər verir ki, bu sözləri deputat, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai AŞPA-nın Yaz sessiyasındakı çıxışı zamanı deyib. O, bu barədə sosial şəbəkə hesabından məlumat verib.
Çıxışı zamanı deputat Avropa Şurası Parlament Assambleyası qarşısında üzv olan Ermənistanın 30 illik aqresiyası və əsrlər boyu etnik təmizləmə kimi qəbulolunmaz mövqeyini ortaya qoyub. O, həmçinin Avropanın və beynəlxalq təşkilatların hələ də bu faktlara etinadsız yanaşdığını bildirib.
Nigar Arpadarai həmçinin bütün bu vəhşiliklərə baxmayaraq, Azərbaycanın yenə də sülhün tərəfdarı olduğunu qeyd edib. O, sülhün nəinki regiona, hətta Şərqi Avropa iqtisadiyyatının dirçəlişinə təkan verə biləcəyini də vurğulayıb.
Millət vəkili həmçinin AŞPA qarşısında Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunması üçün irəli sürülən 5 əsas prinsipdən də söz açıb.
“Bu prisiplərdən ən əsas olanı da hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanımasıdır”, – deyə millət vəkili çıxışında bildirib.
O, həmçinin erməni separatçı, silahlı qüvvələrinin hələ də Qarabağda mövcudluğunu və oradan çıxmaq niyyətində olmadıqlarını da bildirib.
“Ermənistanın Baş naziri görüşlərdə bütün səyləri ilə sülhə hazır olduğunu deyir. Amma hər kəsə məlumdur ki, erməni silahlı qüvvələri hələ də işğaldan azad edilən Qarabağı tərk etmək istəmirlər. Onların orada nə işi var? Əgər Ermənistan həqiqətən də sülhün bərqərar olunmasında səmimidirlərsə, burada tək bir yol var – Qarabağdakı hərbi separatçı qüvvələrə birbaşa və ya dolayı yollarla edilən yardımlar dayandırılmalıdır. Artıq zaman daralır. Hesab edirəm Avropa Şurası gələcəyi naminə bu barədə ciddi addımlar atacaq”.