“Təəssüf olsun ki, indiki vəziyyətdə nəzakətli olmaq çox çətindir. Biz belə vəziyyətin həlli yollarını düşünməliyik və yeganə həll yolu Avropa dəyərlərinə riayət etməkdir”.
Ednews xəbər verir ki, bunu deputat Səməd Seyidov AŞPA-nın Yaz sessiyasındakı çıxışı zamanı deyib.
“Burada bəzi məqamlara aydınlıq gətirmək lazımdır. Erməni deputat Vardanyan Azərbaycandakı ermənilərdən danışdı.
Bu ifadəni aydınlaşdırmaq istəyirəm. Ona cavab olaraq demək istəyirəm ki, müharibəyə qədər, hətta müharibə zamanı da Azərbaycanda ermənilər olub, var və olacaq. Bu gün Bakıda minlərlə erməni yaşayır. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır və onlara hörmətlə yanaşırıq” – deyə Seyidov qeyd edib.