Erməni müxalifətinin xaç atası Sarkisyanın uğursuz gizli planları ŞƏRH

Siyasət 11:45 02.05.2022
Xaç ataları keçmiş prezidentlər - Robert Köçəryan və Serj Sarkisyan olan Ermənistan müxalifəti aprel ayının əvvəlində insanları küçəyə tökmək və bununla da Baş Nazir Nikol Paşinyanın Azərbaycanın irəli sürdüyü 5 tələbin həyata keçirilməsinin qarşısını almaq istiqamətində ciddi-cəhdlə çalışır. Artıq qondarma hadisələrin 107-ci ildönümü və bu ildönümlə əlaqədar təşkil etdikləri məşəl yürüşləri də arxada qalıb. Müxalifətin bu hadisələr zamanı irəli verilən nümayəndələri Ermənistanın keçmiş Milli Təhlükəsizlik Naziri Artur Vanetsyan və Daşnaksütyun Partiyasının Ermənistan üzrə nümayəndəliyinin məsul şəxsi olan İşxan Saqatelyan dəridən-qabıqdan çıxsalar da istədikləri nəticəyə nail ola bilmirlər. Onlar “Ermənistan qalx”, “Erməni milləti oyan”, “ Yuxudan dur və meydana gəl”, “Bəsdir yatdıq”, “Azərbaycan Qarabağda, biz isə yataqdayıq”  və sair kimi bütün ehtiyatda saxladıqları şüarları artıq işə salıblar, amma meydana adam çıxara bilmirlər.
 
Beləliklə, Rusiya ilə birlikdə Qarabağ erməni klanının yenidən siyasi səhnəyə qayıtmaq üçün etdiyi son cəhdlər ermənilərin Böyük Ermənistan xəyalı kimi əriyib yox olur. Digər tərəfdən isə Azərbaycan dövləti və onun Müzəffər Prezidenti İlham Əliyevin döyüş cəbhəsində olduğu kimi diplomatiya sahəsində də erməni separatçılarına vurduğu ölümcül zərbələr davam edir: 
 
“Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir.”
 
Erməni müxalifətinin son cəhdlərinin uğursuzluğa düçar olması barədə müzakirələr davam edir.
 
 Erməni müxalifəti getdikcə zəifləyərək, yox olmasının bəzi səbəbləri var: 
 
- Ermənilər və onların havadarları sadə insanları iqtidara qarşı ayağa qaldırmağa nail ola bilmədiklərinin səbəblərini axtarırlar. Amma əslində diqqətlə analiz etdikdə Köçəryan və Sarkisyan tandemi heç vaxt bu sahədə ciddi uğura nail ola bilməyiblər. Qarabağ klanının ən fəal dövrü 44 günlük müharibədən sonrakı 1 il hesab olunurdusa, onlar həmin dövrdə də Paşinyana qarşı nəzərəçarpacaq nailiyyət əldə edə bilmədilər. Bütün qüvvə və resurslarını ortaya qoyduqları uzun mübarizədən sonra qazandıqları isə növbədənkənar parlament seçkilərində onlara atılan, Ermənistanın apardığı daxili və xarici siyasətə təsir etməyə imkan verməyən deputat mandatları oldu. Deməli, son hadisələr fonunda ermənilərin passivliyinin ilk səbəbi kütləni ayağa qaldırmaq üçün lazım olan ciddi əsasların olmamasıdır.
 
- Digər səbəb isə Qarabağ erməni klanının siyasi mübarizəni davam etdirməkdə məqsədlərinin nədən ibarət olduğu Ermənistanda hamıya aydındır və bu klanın həyatda qalması üçün ciddi əhəmiyyət daşıyan məsələlər kütlənin 90 faizi üçün əhəmiyyətsiz olmasıdır. Əslən Qarabağdan olmayan adamlara orada hansı proseslərin getməsi maraqlı deyil və onlar bütün hoqqabazlıqların siyasi hakimiyyətə gəlmək istiqamətində baş verdiyini dərk edir və buna görə də mitinq və nümayişlərin heç bir əhəmiyyəti olmur.
 
- Köçəryan və Sarkisyan tandemi də əhalinin ayağa qaldırmağı mümkün olacağına ciddi ümid bəsləmir və buna görə də küçə yürüşlərinə bir ildən bundan əvvəl olduğu səviyyədə maliyyə dəstəyi saxlamırlar. Onlar bəlkə də bundan sonra yenidən siyasi səhnəyə qayıtmağın mümkün olmayacağını dərk edərək öz əllərində olan aktivlərini qara günlərinə saxlayırlar.
 
- Ermənistan müxalifətini qızışdırıb ortaya salan ənənəvi xarici  qüvvələr də dünyada baş verən digər daha ciddi və qlobal hadisələr fonunda ermənilərə yetərincə diqqət ayıra bilmirlər. Köçəryan və Sarkisyan cütlüyü indi kompası xarab olmuş gəmiyə bənzəyirlər, hərəkət edirlər amma dövrə vururlar və hara gedib çıxacaqları barədə məlumatları yoxdur.
 
- İqtidarın regionda və dünyada gedən prosesləri düzgün qiymətləndirməsi sayəsində yeritdiyi daxili və xarici siyasət kütlə tərəfindən daha artıq dəstəklənməsi erməni müxalifətinin uğursuzluğunun digər səbəbi kimi qiymətləndirilə bilər. Paşinyan artıq əvvəllər arxalandığı güc mərkəzlərinin indi işə yaramadığının fərqindədir və bu ona Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının zəruriliyini diktə edir. O, özünün və Ermənistanın xilasını Köçəryan və Sarkisyanın erməniləri uçuruma aparan populist şüarlarında deyil, Azərbaycanın təqdim etdiyi 5 maddədən ibarət tələblərin yerinə yetirilməsində görür.
 
- Erməni müxalifəti ölkənin acınacaqlı vəziyyətdə olduğunu göstərməklə kifayətlənirlər. Amma sadə vətəndaşlara onsuz da məlum olan problemləri sadalamaq kifayət deyil. Onlar problemlərin həlli yollarını görmək istəyirlər və onları acınacaqlı vəziyyətdən çıxarmağa qadir olan qüvvə ilə birlikdədirlər. Bu qüvvə isə hazırda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması kursu götürən iqtidardır. Erməni müxalifəti heç vaxt erməni kütlələrinin problemini həll etməyib. Bunu Ermənistanda hamı başa düşür.
 
Bu sadalanan məsələlər onu göstərir ki, bütün cəhdlərə baxmayaraq, erməni müxalifəti öz qürubunu yaşayır və bunu başa düşən Baş nazir getdikcə, Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq istiqamətində daxildə və xaricdə  daha ciddi dəstəklər qazanır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də dəfələrlə qeyd etdiyi ki, Azərbaycanla Ermənistanın normal qonşuluq münasibətlərinə qayıtması indi daha da realdır və biz tezliklə daha yaxın əlaqələrin şahidi və iştirakçısı olacağıq.
 
Əlimusa İbrahimov
 
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Hamısı