“Emənistanın siyasətində ciddi dəyişiklik olmayacaq”.
Bu fikri Ednews-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanla münasibətlərin normallaşdırılmasına münasibət bildirərkən deyib.
“Azərbaycan tərəfi Ermənistanla müzakirə formatında görüşlər keçirə bilər. Lakin biz bu görüşlərin nəticəsiz olmasından narahatıq. Çünki Ermənistanın sərgilədiyi mövqe göstərir ki, onlar real sülhə hazır deyillər. Sülh prosesi iki tərəfin də səylərindən asılıdır. Rəsmi İrəvan hansısa bəyanatlar verərək yalnız sülhpərvər görünmək istəyir. Onlar 1988-ci ildə apardıqları siyasəti davam etdirmək niyyətindədirlər”.
Xatırladırıq ki, mayın 14-də Türkiyənin Rizə şəhərində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Görüşdə iki ölkə liderləri Ermənistanla əlaqələrin normallaşdırılmasını müzakirə ediblər.
Xanlar Əlibəy