Bu ölkələrin liderləri İlham Əliyevi təbrik etdi - ednews.net

26 İyun,

(+994 50) 229-39-11

Bu ölkələrin liderləri İlham Əliyevi təbrik etdi

Siyasət A- A A+
Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 
 
Ednews xəbər verir ki, təbrikdə deyilir: 
 
"Zati-aliləri. 
 
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırır, bütün sahələrdə tərəqqi və firavanlıq arzu edirəm. 
 
Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, Yunanıstan Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə dialoq və əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Hər iki xalqın və bütövlükdə regionun rifahına xidmət edən qarşılıqlı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyam. 
 
Milli bayramınız münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı bir daha ifadə edirəm. 
 
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin". 
 
Küveyt Dövlətinin Baş naziri Sabah Xalid əl-Həməd əl-Sabah da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 
 
Təbrikdə deyilir: 
 
"Hörmətli cənab Prezident. 
 
Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan sevinc hissi duyuram. 
 
Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumu ifadə edir, Sizə uzun ömür, möhkəm cansağlığı, dost xalqınıza davamlı tərəqqi və rifah arzulayıram". 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...