Azərbaycanla Özbəkistan arasında Birgə hökumətlərarası komissiyanın sədri dəyişdi - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanla Özbəkistan arasında Birgə hökumətlərarası komissiyanın sədri dəyişdi

Siyasət A- A A+

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dəyişiklik edilib.

Ednews xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri dəyişib.

Bundan əvvəl komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini idi. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının iqtisadiyyat naziri bu komissiyanın sədri olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...