“Bir neçə gündür ki, KİV-də Xəzəri zəbt etmiş ayrı-ayrı şəxslər haqqında Bakı Şəhər İcra Hakimiyyətinin iradəsi ortalıqdadır. Qanunsuz hasarlar sökülür”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında səsləndirib.
Deputat qeyd edib ki, bu təşəbbüsü yüksək qiymətləndirir:
“Hər birimiz bunu müdafiə etməliyik. Bu xalqın maraqlarına xidmət edən addımdır və bu davam etdirilməlidir. Novxanıdan başlayaraq, Sahil qəsəbəsinə kimi bütün qanunsuz hasarlar sökülməlidir. Sahil ərazilərində yerləşən iaşə obyektlərinə vətəndaşların girişinə icazə verilməlidir”.