"ATƏT-in Minsk qrupu 30 ildə 30 kəlməlik iş görməyib".
Ednews xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
O qeyd edib ki, dünya Qarabağ probleminin həllinə biganə yanaşırdı:
"Bir milyondan çox qaçqın və məcburi köçkün, işğal edilmiş Vətən torpağı, Qarabağ, Xocalı soyqırımı kimi məsələlər həll olunmamış qaldığı halda heç kim bununla bağlı barmağını belə tərpətmədi", - nazir qeyd edib.