Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanda işgüzar səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri Kaspars Gerhards ilə görüşüb.
Bu barədə Ednews-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və Latviya arasında ətraf mühitin mühafizəsi, məşələrin qorunması və balıqçılığın inkişafı sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.