Azərbaycanın Böyük Britaniyadakı səfirliyi fəaliyyətini davam etdirir.
Ednews xəbər verir ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Twitter“ hesabından bu barədə məlumat verib.
O qeyd edib ki, səfirlik əməkdaşları təhdidə rəğmən fəaliyyətlərini davam etdirirlər:
"Səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər".