I Qarabağ müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olan döyüşçülərin xatirəsinə həsr olunan tədbir keçirilib.
Tədbirdə millət vəkili Aqil Abbas, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan şəhid ailələri və müharibə iştirakçıları İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Tahir Məmmədov və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu çıxış ediblər.
Şəhid hərbçilərimizə həsr olunan tədbirdə dövlətimizin istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman döyüşçülərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, 1992-ci il 15 avqustda Füzuli rayonunun şimal və cənub istiqamətləri olmaqla iki taborun hərbçiləri döyüş əməliyyatlarını uğurla yerinə yetirərkən qəhrəmancasına şəhid olublar.
Ətraflı sujetdə izləyə bilərsiniz: