Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan ordusunun nəzarətinə keçdikdən sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "AzərEnerji" ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub.
Ednews xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır.
Bildirilir ki, artıq mina təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb.