Litvanın müdafiə naziri Arvidas Anuşauskas çərşənbə axşamı dünyasını dəyişən Mixail Qorbaçovun cinayətkar olduğunu bildirib.
Ednews xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin rəhbəri öz Facebook səhifəsində yazıb.
“O, Vilnüs, Tbilisi, Almatı, Bakı və digər şəhərlərdə dinc etirazların vəhşicəsinə yatırılmasına göstəriş verən cinayətkar idi. Əfv edilə bilməz. Ölülər haqda ya yaxşı danışırlar, ya da heç danışmırlar. Ancaq Qorbaçov bunun heç birinə aid deyil. Onun yeganə müsbət cəhəti odur ki, Sovet İttifaqının kapitulyasiyasına imza atıb”, deyə o, qeyd edib.