Qərbi azərbaycanlıları SEVİNDİRƏCƏK XƏBƏR

Siyasət 12:29 01.09.2022

Azərbaycanda yeni yaradılan “Qərbi Azərbaycan İcması” aktiv fəaliyyətə başlayıb. Belə ki, 2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin Ümumi Yığıncağında təşkilatın “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. Yeni inzibati bina ilə təmin olunan İcmanın heyəti tam formalaşdırılaraq, yeni hədəfləri müəyyən edilib.

Ednews.net xəbər verir ki, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, rəhbəri olduğu İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmçinin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir.

İcmanın Müşahidə Şurasının rəhbəri, professor Misir Mərdanov təşkilatın hədəfləri haqqında modern.az-a danışıb. Misir Mərdanov xatırladıb ki, əvvəlki “Azərbaycan Qaçqınlar Cəmiyyəti” Qərbi Azərbaycandan qovulan şəxsləri birləşdirən təşkilat idi:

“İndi isə müasir tələblərə uyğun bir quruma çevrildi. Bura daha təcrübəli, səriştəli insanlar cəlb edilib. İş şəraiti də yaxşılaşdırılıb, yeni bina verilib, icmanın fəaliyyəti üçün şərait tamamilə dəyişib. Əvvəllər cəmiyyətin, ölkə rəhbərliyinin əsas diqqəti Qarabağ məsələsinə yönəlmişdi. İşğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi, münaqişəni biz həll etdik. İndi isə diqqətimiz tarixi torpaqlarımızda, Qərbi Azərbaycanda olduğundan cəmiyyətin qarşısında ciddi məsələlər dayanır. Mənə belə gəlir ki, bu cür yeniləşmə zamanın tələbi idi.

Hazırda icmanın Müşahidə Şurasının sədriyəm. İcma tam strukturda fəaliyyətini gücləndirib. İdarə Heyəti, Ağsaqqallar Şurası, Məsləhət Şurası, Qadınlar Şurası, Beynəlxalq Əlaqələr Şurası və s. strukturlar üzərinə düşən vəzifələr müəyyən edilib. Daha ciddi və sistemli şəkildə işimizi qurmuşuq.

İcmanın fəaliyyət göstərdiyi binada müasir tələblərə uyğun arxiv, kitabxana, muzey yaradılacaq. Biz vaxtilə Qərbi Azərbaycan torpaqlarından qovulan sakinlərin, şahidlərin dediklərini qeydə almamışıq, sənədləşdirməmişik. İndi də gec deyil. Elə azərbaycanlılar var ki, həyatdadırlar, hadisələri öz gözləri ilə görüblər. Ona görə həmin şahidlərin dedikləri səs yazısı, video şəklində icmanın arxivində saxlanılacaq. Binada sərgilər keçirmək, kitablar təqdim etmək niyyətindəyik. Qərbi azərbaycanlıların əksəriyyəti xarici ölkələrdə yaşayır. Onlarla əlaqə qurmaq üçün Beynəlxalq Əlaqələr Şurası fəaliyyət göstərəcək. Yaxın vaxtlarda icmanın elektron saytı da fəaliyyətə başlayacaq. Bütün məlumatlar burada onlayn əks olunacaq. Görülməli işlər çoxdur”.

Misir Mərdanov xüsusilə qeyd edib ki, Qərbi azərbaycanlılar müharibə istəmirlər, heç kimin torpaqlarına göz dikməyiblər:

“Amma hədəfimiz, gələcək məqsədimiz budur ki, öz dədə-baba torpaqlarımıza gedə bilək. Doğmalarımızın məzarlarını, abidələrimizi ziyarət edək, tariximizin hazırda nə durumda olduğunu gözlərimizlə görək. Yaxın gələcəkdə olmasa da, nə zamansa o torpaqlara qayıdacağıq. İrəvan da, Zəngəzur da, Qaraqoyunlu da bizimdir”.

Qərbi azərbaycanlıların siyahıya alınmasına gəlincə, sabiq təhsil naziri vurğulayıb ki, indiyə qədər fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti”nin arxivlərində, bazasında dəqiq olaraq hansı rayonlardan, hansı kəndlərdən kimlər köçürülüblərsə, siyahısı var. Amma bu siyahıya yenidən baxmaq lazımdır:

“34 il vaxt keçib və ötən illər ərzində Qərbi azərbaycanlıların sayı artıb. Gənc nəsil ata-baba yurdu haqqında dəqiq məlumata malik olmalıdır. Ermənilərin bizim orada yaşayan insanların başına açdığı oyunlar, onları yandırmaları, öldürmələri haqqında olan məlumatlar genişləndirilməli, dəqiqləşdirilməlidir.

Mən 10 ilə yaxındır, bir kitab üzərində işləyirdim. Onu tamamlayıb, çapa vermişəm, sentyabrın axırına hazır olacaq. Kitabda yaşadığımız Qaraqoyunlu dərəsi, kəndləri, orada yaşayan insanlar, məktəblər, müəllimlər və s. haqqında dəqiq məlumatlar qeyd edilib. Mənə elə gəlir, hər kəs öz yaşadığı regionla, Qərbi Azərbaycanın bir bölgəsi ilə bağlı ətraflı yazıları, məlumatları təqdim etməlidir.

Çox kitablar yazılıb, amma geniş yayılmayıb, təqdim edilməyib. Biz hesab edirik ki, mövcud faktları cəmiyyətə tanıtmalı, təqdim etməliyik. İnsanlar o torpaqlar, tarixi, mədəniyyəti, abidələri haqqında geniş, dolğun məlumat ala bilməlidirlər. Daimi fəaliyyət göstərəcək muzeyimizdə həm azərbaycanlılara, həm də xaricdən gələn qonaqlarımıza bütün faktlar göstəriləcək. Nəzərdə tutulan işlər çoxdur, yeni mövsümdən icmada bizi gərgin fəaliyyət gözləyir”.  

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Hamısı