"Atom bombası istehsal edə bilərik".
Bu sözləri İran parlamentinin üzvü, "SEPAH" generalı İsmail Kovsəri deyib.
Ednews.net-in verdiyi xəbərə görə, general sözlərinə bu cür davam edib:
"63%-lik nüvə zənginləşdirməsini 93%-ə çatdıra bilərik ki, bu da atom bombası deməkdir. Biz buna can atmasaq da, qarşı tərəf gec addım atarsa, bizdə bu imkan var. İndi onların bizə ehtiyacı var".