Azərbaycan-Yaponiya diplomatik münasibətlərinə dair tədbir keçirilib

Siyasət 17:12 07.09.2022

7 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

XİN-dən Ednews-a verilən xəbərə görə, tədbirdə AR XİN-in rəhbər heyəti, Milli Məclisin üzvləri, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən yapon şirkətlərinin nümayəndələri, elmi-akademik dairələrin nümayəndələri, eləcə də digər qonaqlar iştirak edib.
 
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
 
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ümummilli lider Heydər Əliyevin 1998-ci ilin fevral ayında Yaponiyaya tarixi səfərinin iki ölkə arasında yüksək səviyyəli dialoqun qurulmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq, münasibətlərin hazırda uğurla inkişaf etdiyini bildirib. O, cari il ərzində XİN-lərarası siyasi məsləhətləşmələr və hökumətlərarası iqtisadi komissiyanın növbəti iclaslarının uğurla keçirildiyini qeyd edib. İkitərəfli münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın rolunu xüsusilə qeyd edən Elnur Məmmədov, ölkələrimiz arasında mövcud qarşılıqlı anlaşma mühitinin, əlaqələrin daha da möhkəmlənməsi, mövcud olan böyük potensialın həyata keçirilməsi üçün münbit şərait yaratdığını ifadə edib. Yaponiya tərəfinin azad olunmuş ərazilərimizin bərpası prosesində iştirakı məmnunluqla vurğulanıb.
 
Daha sonra çıxış edən Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Cuniçi Vada iki ölkənin coğrafi olaraq bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Yaponiya ilə Azərbaycan arasında bu cür mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulmasının təqdirəlayiq olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin müstəsna rolu olduğunu qeyd edən səfir Cuniçi Vada, Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar sahələrdə birgə layihələrin həyata keçirildiyini məmnunluqla vurğulayıb.
 
Tədbirdə, həmçinin Azərbaycan Respublikası və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yaponiyanın Baş naziri Fumio Kişida, habelə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Yaponiya xarici işlər naziri Yoşimasa Hayaşinin məktublarının mübadiləsi baş tutub.
 
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı