ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı evində aparılan axtarışın əks-sədaları davam edir.
Ednews "ntv"-yə itinadən xəbər verir ki, Trampın evində tapılan sənədlərin mahiyyəti ilə bağlı iddialar da yer alıb.
İddia olunurdu ki, sənədlərin bəziləri təkcə “ən məxfi” kateqoriyasına aid edilməyib, həm də gizli əməliyyatların təfərrüatlarını özündə əks etdirir.
Sözügedən sənədlər yalnız xüsusi icazəsi olan şəxslər tərəfindən əldə edilə bilər.
Nəzrin Beydiyeva