Beynəlxalq Respublika İnstitutunun (IRI) Sorğu Tədqiqatları Mərkəzi Ermənistanda siyasi lilderlərə münasibətlə bağlı əhali arasında ümumi sorğu keçirib.
Ednews erməni mediasına istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarının 53 % - i baş nazir Nikol Paşinyanı dəstəkləyir.
Aparılan sorğuda ermənilərin əksəriyyətinin Paşinyana nisbətən Qarabağ klanın nümayindələri Robert Köçəryan və Serj Sarkisyan haqqında daha mənfi fikirlərinin olduğu da qeyd olunub.
Sorğuda Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına münasibət bildirən respondentlərin 7%-i “çox müsbət”, 21%-i normal, 11%-i pis , 48%-i daha pis, 13%-i isə cavab verməkdən imtina edib.