“Azərbaycan yeni əlverişli mövqelər tutmaqla, Ermənistanın kommunikasiyalarına nəzarət yaratmaqla, onları gücləndirməklə öz problemini artıq həll edib”.
Ednews xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, Azərbaycanın tələbləri daha əhatəli, daha iddialıdır və bu istiqamətdə həm diplomatik, həm də hərbi fəal iş aparılır.
“Əsas problemimiz 4 illik fəaliyyəti dövründə Ermənistanı canlılıq və müqavimət imkanlarından məhrum edən belə bir hökumətin mövcudluğudur”, - deyə Abrahamyan bildirib.