Paşinyan Putin və Makronla sərhəddəki vəziyyəti müzakirə etdi - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Paşinyan Putin və Makronla sərhəddəki vəziyyəti müzakirə etdi

Siyasət A- A A+
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.
 
Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti açıqlama verib.
 
Tərəflər Ermənistanın KTMT-yə müraciəti ilə bağlı qəbul edilən qərarların reallaşmasını müzakirə edib.
 
Bundan əlavə o, Fransa Prezidenti Emmanuel Makronla da telefon danışığı aparıb. Telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki son hadisələr müzakirə olunub.
 
Makron sülh danışıqları çərçivəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. Tərəflər Ermənistanın BMT-yə müraciətini də müzakirə ediblər.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...