Roma Papası Fransisk Azərbaycan və Ermənistanı sərhəddə atəşkəs razılaşmasına əməl etməyə çağırıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.
“Azərbaycanla Ermənistan arasında baş verən son toqquşmalarla bağlı xəbərlər mənə çox ağrı verdi. Həlak olanların yaxınlarına mənəvi yaxınlığımı bildirirəm və tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıram. Onlar silahlarını yerə qoyub dialoqa girdikdə sülh mümkündür”, - Papa Fransisk bəyan edib.