Qarabağda nə kimi layihələr olacaq? Siyasi partiya sədirləri danışdı

Siyasət 14:01 21.09.2022

Qarabağda davam edən bərpa işləri, ərazilərimizin işğaldan azad edilməsi rayonlarımızın, şəhərlərimizin yenidən çiçəklənməsinə, inkişafına zəmin yaradacaq.

Azərbaycanda aparıcı siyasi partiyalar Qarabağla bağlı nə kimi təkliflər, layihələr düşünür?

Bu barədə Ednews siyasi partiya sədirlərinin fikirlərini öyrənib.

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, partiyanın nizamnaməsində, proqramında əsas məqsədlərdən biri kimi Qarabağda, Zəngəzurda və digər ərazilərdə tam qələbənin əldə olunması məsələsi durur.

“2021-ci ildə Qarabağ Azadlıq təşkilatının vaxtında tam qələbə modeli deyilən sənəd qəbul etdik. Həmin sənədi, konsepsiyanı Milli Məclisə, Prezidentə, mətbuata da göndərdik. Məqsədlərimizi müəyyənləşdirmişdik ki, tam qələbə dedikdə Qarabağın tamamilə işğaldan azad edilməsi, Azərbaycanın nəzarətinə qaytarılması, sülhməramlı deyilən rus qüvvələrinin ərazimizdən çıxarılmasıdır. Xankəndi, Xocavənd, Ağdərə, Əskəran və digər ərazilərin tam bərpa olunması nəzərdə tutulur. Bu istiqamətdə işlərimiz davam edir. Azərbaycan bütün çətinliklərə baxmayaraq Xankəndi və digər ərazilərdə hakimiyyətini və suverən hüquqlarını bərpa etməlidir. O istiqamətdə işlər aparılmalıdır. Partiya olaraq da Qarabağın tam azadlığı uğrunda işlərimizi davam etdiririk. Bununla bağlı Beynəxlaq Qarabağ adlı forumumuz da fəaliyyət göstərir. 2015-ci ildə yaranan forum Qarabağ həqiqətlərinin dünyaya təbliği barəsindədir. Azərbaycan cəmiyyətinin birliyi, vahid iradəsi qorunub saxlanılmaldır. Hələ də təxribatlar çoxdur, ermənlər geri çəkilmir”.

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev isə qeyd edib ki, bu gün Ali Baş Komandan doğru siyasət yürüdür.

“Biz partiya olaraq prezidentimizi dəstəkləyirik. Düşünürük ki, təcili şəkildə Xankəndi, Xocalı, Ağdərə işğalçılardan azad edilməlidir. Azərbaycan bayraqları orada sancılmalıdır. Qısa müddətdə millətimizlə dövlətimizin birliyi bu məsələdə qəti sözünü deyəcək. Qarabağ müharibəsində partiyamızdan 6 nəfər şəhid verdik, 3 nəfər də qazimiz var. Biz bundan sonra da Ali Baş Komandanın Qarabağ məsələsində atacağı hər bir addımda onun yanında olacağıq. Qarabağa təcili köç başlamadlıdır. Bu bizim konsepsiyamızdır. Quruculuq işlərində də millət fəal iştirak etməli, hər şeyi dövlətdən gözləməməlidir. Qarabağda yaşayan ermənilər bizim qanunlara, konstitusiyamıza əməl etsələr, razı olsalar bizlə yaşaya bilərlər. Biz onları özlərinin terroristlərindən də xilas edib,  onlara himayədarlıq edə bilərik. Təcili şəkildə Xankəndində dövlətimizin bütün səlahiyyətli qurumları fəaliyyətə başlamalıdır. O cümlədən Xankəndinin meri təyin edilməlidir. Artıq zamanı çatıb”.

AĞ partiyanın sədri Tural Abbaslı isə deyib ki, partiyada bununla bağlı xüsusi proqram qəbul edilməyib, amma dönəm-dönəm müxtəlif mövzularla bağlı mövqe bildirilib.

“İşğaldan azad olmuş ərazilərin ilk növbədə minalardan təmizlənməli, sürətli şəkildə əhalinin Qarabağa köçürülməsi istiqamətində işlər aparılmalıdır. Hazırda tikinti üzrə müəyyən şirkətlər işlər görür orda. İnsanların ora kütləvi qayıtması, məskunlaşması tezliklə olmalıdır. Təbii ki, burada özəlləşdirmə məsələsi, torpaq bölgüsü var. Bizim də təklifimiz odur ki, insanlara əvvəlki ata-baba yurdları əvvəlki planlara uyğun paylanılsın. Hakimiyyətin bununla bağlı müxtəlif yanaşmaları var. Kəndlərin birləşdirilməsi prosesi olmamalıdır, insanlara müəyyən məbləğlər verilməlidir. O məbləğə uyğun onların evlərini bərpa etməsi üçün şans verilməlidir. Minalar sürətlə aradan qaldırılmalı, işçi qüvvəsini artırlmalıdırlar. Qarabağ deyəndə, ilkin olaraq məskunlaşma prosesi başa çatmalıdır”.

 

Oğuz Ayvaz

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

Zelenski Rusiyanın Ukraynaya qarşı hücumlarını şərh edib
09:14 30.06.2025
Yurasek "Beşiktaş"da
08:58 30.06.2025
Rusiyada bonus və mükafatlar kütləvi şəkildə ləğv edilir
08:34 30.06.2025
Boşanma uşaqları ölümə aparır
08:12 30.06.2025
Kəngərliyə növbəti köç baş tutdu
07:54 30.06.2025
" Tramp ABŞ-ni borc köləliyinə aparır"
07:49 30.06.2025
II Ramzes nədən ölüb? -Fironun sirrləri açıldı
07:36 30.06.2025
Türkiyədə mərasim zamanı 52 nəfər qidadan zəhərlənib
07:13 30.06.2025
"Uranın zənginləşdirilməsini dayandırmayacağıq"
06:45 30.06.2025
"Nissan" maliyyə ilini zərərlə başa vurub
06:39 30.06.2025
Qlobal maliyyə böhranı gözlənilir mi?
06:21 30.06.2025
Mikroorqanizmlər üçün "Nuhun gəmisi" yaradıldı
05:34 30.06.2025
Somali xüsusi təyinatlıları antiterror əməliyyatı keçirib
05:19 30.06.2025
İtaliyada güləş üzrə Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıdıb
05:03 30.06.2025
Çoban iti sakinlərə hücum etdi
04:41 30.06.2025
ABŞ-da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub
04:30 30.06.2025
Denisovanların üzü ortaya çıxdı
04:08 30.06.2025
"Son 4 ildə 3-cü dəfə Avropa çempionu olduq"
03:51 30.06.2025
Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?
03:46 30.06.2025
"Z" nəslinə etiket dərsi keçiləcək
03:25 30.06.2025
Serbiyadakı etirazlar bütün ölkəni bürüyür -Paytaxtda nəqliyyat iflic olub
02:55 30.06.2025
İranın 400 kiloqram zənginləşdirilmiş uranı nəzarətdən itib
02:32 30.06.2025
Klublararası dünya çempionatı: "Bavariya" 1/4 finala vəsiqə qazandı
02:16 30.06.2025
Nazir vurma cədvəlini bilmədi
02:08 30.06.2025
Ağdamda polis əməkdaşı minaya düşdü
02:01 30.06.2025
"Saxta "Telegram" kanalının məlumatı Rusiyadakı soydaşlarımıza qarşı təxribatdır"
01:55 30.06.2025
İstanbulda dənizdə çimmək qadağan olundu
01:31 30.06.2025
Klublararası dünya çempionatı: "PSJ" "İnter Mayami"ni darmadağın etdi
01:08 30.06.2025
Qranada şəhərində Ərəb hökmranlığının izləri
00:33 30.06.2025
Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı əməliyyat keçirildi
00:23 30.06.2025
Məzunlar niyə işsiz qalır?
00:14 30.06.2025
Makron Pezeşkianla nə danışdı?
00:07 30.06.2025
30 İyun – Azərbaycan sevgisinin simvolik günüdür
00:01 30.06.2025
Çin yeni silah yaradıb
23:59 29.06.2025
Nəm salfetlər təhlükəlidirmi?
23:44 29.06.2025
Milli Məclisin vitse-spikeri Pyotr Tolstoya cavab verdi: "Həyasız, insanlığa sığmayan açıqlamadır"
23:26 29.06.2025
Pakistanda güclü yağışlar fəlakət gətirdi -43 nəfər həlak oldu
23:11 29.06.2025
“ABŞ heç nə edə bilmədi, Tramp hər şeyi şişirdir”
22:56 29.06.2025
Tünzalə Ağayeva "Yekaterenburq hadisələri"-nə reaksiya verdi
22:42 29.06.2025
Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu keçiriləcək
22:40 29.06.2025
Hamısı