Ombudsmandan ermənilərin yaraladığı Azərbaycan hərbçiləri ilə bağlı ÇAĞIRIŞ - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Ombudsmandan ermənilərin yaraladığı Azərbaycan hərbçiləri ilə bağlı ÇAĞIRIŞ

Siyasət A- A A+
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun üç hərbi qulluqçusunun yaralanması ilə bağlı çağırış edib. Ednews xəbər verir ki, bu barədə Ombudsman aparatından bildirilib. S.Əliyeva qeyd edib ki, bu fakt bir daha göstərir ki, Ermənistan tərəfi sülh danışıqlarına xələl gətirir və insanların həyatına qəsd etməkdə davam edir: "Ermənistanı beynəlxalq hüquqa və insan hüquqlarına qarşı hörmətsizliyə son qoymağa, sülh quruculuğuna yönəlik yanaşmalar nümayiş etdirməyə çağırırıq".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...