Milli Məclis Bəyanat qəbul edib - YENİLƏNİB - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Milli Məclis Bəyanat qəbul edib - YENİLƏNİB

Siyasət A- A A+

Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı qəbul edilib.

Ednews-un xəbərinə görə, Bəyanatı deputat Soltan Məmmədov oxuyub.

Bəyanatda bildirilir:

“44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərlə Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğaldan azad edilməsi Azərbaycan tarixində yeni dövr açıb. Üçtərəfli bəyanata əsasən, Ermənistanın üzərinə götürdüyü öhdəliklər hələ də yerinə yetirilməyib. Azərbaycan tərəfindən Ermənistana sülh müqaviləsinin imzalanması üçün 5 təməl prinsip təqdim edilib. Ermənistan bu prinsipləri sözdə qəbul etsə də, bununla bağlı hələ də iş görülməyib. Ermənistan tərəfindən sentyabrın 13-də yenə də təxribata cəhd edilmişdi. Bu gün Azərbaycanın 30 il işğal altında qalan, vandalcasına dağıdılan yerlərində bərpa və quruculuq işləri görülür. Təəssüf ki, Ermənistanın müharibə dövründə və müharibədən sonra azad edilmiş ərazilərə basdırdığı mina problemi də var. Lakin heç kimin şübhəsi olmasın ki, Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru çiçəklənən diyara çevirəcək. Azərbaycan Milli Məclisi ümid edir ki, Ermənistan yaranmış tarixi imkanı bir daha nəzərdən keçirəcək”.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...