Erməni cinayətlərilə bağlı beynəlxalq məhkəmələrə müraciətlər edilir - Baş Prokuror - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Erməni cinayətlərilə bağlı beynəlxalq məhkəmələrə müraciətlər edilir - Baş Prokuror

Siyasət A- A A+
Erməni qəsbkarlarının cinayətləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciət istiqamətində işlər davam etdirilir. 
 
Ednews xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev rəsmi mətbuata məqaləsində bildirib. 
 
“Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Vətən müharibəsi gedişində qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətləri həyata keçirilməklə zəruri tədbirlər görülmüşdür. 
 
Eyni zamanda erməni qəsbkarları tərəfindən dağıdılmış yaşayış məntəqələrinə, tarixi, dini-mədəni abidələrə və digər əmlaklara, həmçinin ekologiya və yerin təkinə dəymiş ziyanın, eləcə də işğal dövründə əldən çıxmış faydanın məbləğinin müəyyən edilməklə beynəlxalq məhkəmələrə müraciət olunması istiqamətində digər qurumlarla, o cümlədən Xarici İşlər Nazirliyi ilə əlaqəli şəkildə müvafiq işlər davam etdirilir”, - Baş prokuror qeyd edib. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...