Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb

Siyasət A- A A+
Cenevrədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin dövlət katibi Livia Leu ilə görüşüb.
 
Ednews xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "Twitter" hesabında bildirib. 
 
Azərbaycanlı nazir isveçrəli həmkarını oktyabrın 2-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi görüş barədə məlumatlandırıb:
 
"Mən İsveçrəyə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm. Ümid edirik ki, bu görüş regionumuzda sülhə təkan verəcək".
 
 
 
 
 
 
 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...