“Əminəm ki, Avropa Məhkəməsi Azərbaycanın iddiası ilə bağlı ədalətli qərar verəcək”.
Ednews xəbər verir ki, bu fikirləri “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov səsləndirib.
“Azərbaycan əhalisinin pozulmuş hüquqlarının bərpası məqsədilə Ermənistan tərəfinə kompensasiya, təzminat cəzası müəyyən ediləcək. Biz buna nail olacağıq”, - deyə o, əlavə edib.