Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfəri başlayıb.
Ednews xəbər verir ki, Türkiyə dövlət başçısını Astanada hava limanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb.
Ednews “Hürriyət”ə istinadən xəbər verir ki, Ərdoğan Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasına qatılacaq.
O, eyni zamanda, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin VI Zirvə toplantısında iştirak edəcək.