Yaxın günlərdə Aİ-nın müşahidə missiyası Azərbaycan-Ermənistan sərhədinə GEDƏCƏK - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Yaxın günlərdə Aİ-nın müşahidə missiyası Azərbaycan-Ermənistan sərhədinə GEDƏCƏK

Siyasət A- A A+
“Avropa İttifaqı (Aİ) çox qısa zamanda monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərəcək”. Ednews xəbər verir ki, bu barədə Aİ-nın Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell brifinq zamanı deyib. O bildirib ki, bu gün keçirilən iclasda Aİ-nın XİN başçıları Ermənistan-Azərbaycan sərhədinə missiyanın göndərilməsinə “yaşıl işıq yandırdılar”. “Növbəti həftələrdə monitorinq missiyası göndəriləcək. Bizim qısa zamanda bu məsələ ilə bağlı necə işlədiyimizdən qürur duyuram. Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində işlərdə iştirakımız bir daha sübut edir ki, biz Cənubi Qafqazda sülhü və sabitliyi dəstəkləyirik”, - deyə Borrell qeyd edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...