Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.
Ednews xəbər verir ki, bu barədə Türkiyə səfiri "Twitter"də bildirib.
"Cənab Prezident İlham Əliyev Baş Nazirimiz Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçimiz olan Oğuzhan qardaşımızı xəstəxanada ziyarət etdi. Diqqətinə görə Prezidentə təşəkkür etmək istərdik. Var olsun. Xəstələrimizin vəziyyəti yaxşıdır. Onları Türkiyəyə yola saldıq" - deyə səfir qeyd edib.