İRFAN KAYA Türkiyə-İsrail yaxınlaşmasından DANIŞDI Münasibətlərdə İran faktoru

Siyasət 11:00 29.10.2022
“Türkiyə-İsrail münasibətlərində bir çox ciddi proseslər yaşanıb. Bu gün də hər iki dövlət ikitərəfli diplomatik əlaqələrin normallaşmasında maraqlıdırlar”. 
 
Bu sözləri Ednews-a açıqlamasında Türkiyənin Kocaeli Universitetinin beynəlxalq əlaqələr üzrə professoru İrfan Kaya Ülger İsrail Müdafiə naziri Benni Qantzın Türkiyəyə rəsmi səfəri və hər iki ölkə arasında son təmasları şərh edərkən bildirib. 
 
Söhbət zamanı o, ilk növbədə Türkiyə-İsrail münasibətləri barədə ətraflı tarixi məlumat verib. 
 
“Otuz il ərzində Ankara İsrail ilə diplomatik münasibətlər qurarkən bir sıra çətinliklərlə üzləşib. O zaman Türkiyə sionist rejimlə əlaqələri olan yeganə müsəlman ölkəsi olmaqda günahlandırılırdı. Ancaq bu problem 1979-ci ildə Misir ilə İsrail arasında Kemp Devid müqaviləsinin imzalanması ilə aradan qalxdı. Sonrakı dövrlərdə Türkiyənin İsrail ilə münasibətləri davam etsə də, 1980-ci ildə Menachim Beqin hökumətinin Qüdsü  ölkənin paytaxtı elan etməsi ikitərəfli əlaqələrdə müsbət prosesləri müəyyən müddət ləngitdi. İsrailin bu addımına sərt reaksiya verən Ankara İsraildə diplomatik nümayindəliyini müvəqqəti işlər vəkili səviyyəsinə endirdi. Özalın dövründə iki tərəf arasında normallaşan münasibətlər Mavi Mərmərə hadisəsindən sonra yenidən korlandı. Uzun zaman münasibətlərdə durğunluq yaşanmasına baxmayaraq, Ankara və Təl-Əviv bu gün bir sıra problemləri həll edib bir-birinə yaxınlaşmaq niyyəti güdürlər”. 
 
İrfan Kaya Türkiyə-İsrail yaxınlaşmasının İranın təhdidlərinə qarşı yönəlməsi ilə bağlı iddiları rədd edib. 
 
“Bəli, Türkiyənin İsraillə münasibətləri indiki İran hakimiyyəti tərəfindən xoş qarşılanmır və dəfələrlə tənqid edilib. Eyni zamanda Azərbaycanın İsraillə müdafiə sahəsində əməkdaşlığı da Tehranı narahat edib. Ancaq Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasını İrana qarşı əməkdaşlıq kimi qələmə vermək tamamilə yanlışdır. İranda şah hakimiyyəti dövründə də Türkiyə İsraillə öz istəyi əsasında münasibətlər qurub. Hesab edirəm ki, Tehranın Türkiyənin İsrail ilə münasibətlərinə qarşı kəskin bəyanatlar səsləndirməsi düzgün deyil”.  
 
Türkiyə-İsrail münasibətlərinin kontekstində Fələstin məsələsinə münasibət bildirən Türkiyəli ekspert qeyd edib ki, Türkiyə hər zaman Fələstin xalqının yanındadır və bundan sonra da olacaq. 
 
“Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması, şübhəsiz ki, Fələstin məsələsinə müsbət təsir göstərəcək.  Fələstin məsələsinə ən böyük dəstək verən ölkələrdən biri də Türkiyədir. Qeyd edim ki, 1979-ci ildən bəri Ankarada Fələstin Azadlıq Təşkilatının nümayindəliyi fəaliyyət göstərir. Türkiyə İsrail və Fələstin arasında sülh prosesini də açıq dəstəkləyib. Bununla yanaşı, Türkiyə son zamanlar İsrailin Qəzza bölgəsinə hücumlarını qəti şəkildə pisləyib, habelə İslam Əməkdaşlıq Təşkilatında və BMT-nin Baş Assambleyasında Trampın Qüds ilə bağlı qərarı barədə məsələ qaldırıb. 
Onu da əlavə edim ki, Türkiyə Fələstinin siyasi qüvvələri - Fətəh və HƏMAS rəhbərliyinə siyasi, iqtisadi və humanitar dəstək verir. Türkiyə Fələstin davasını ən güclü şəkildə müdafiə etməyə davam edəcək. Tehranın anti-İsrail bəyanatların səsləndirilməsi ilə kifayyətləndiyi halda, Türkiyə hər şəraitdə fələstinlilərə diplomatik, iqtisadi və humanitar dəstək göstərir. İsrail ilə münasibətlərin normallaşması Fələstinə dəstəyimizi dayandırmayacaq”.  
 
Sonda İrfan Kaya bildirib ki, Türkiyə-İsrail münasibətlərinin normallaşması bir çox sahələrdə, xüsusilə ikitərəfli iqtisadi sazişlərin imzalanmasında öz müsbət nəticələrini göstərəcəkdir. 
 
“Şərqi Aralıq dənizində təbii qazın çıxarılması və qazın Qərbə ötürülməsində Türkiyə ilə İsrail arasında əməkdaşlıq imkanı yaranıb. Hər iki dövlət bu məsələdə ortaq razılaşmalara gələ bilər. Bununla bərabər, Ankara və Təl-Əvivin yaxınlaşması Türkiyənin ABŞ üzərində təsirinin artmasına müsbət təsir də göstərəcək”.
 
Yunis Abdullayev 
"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı