Qazaxıstan tərəfindən Füzulidə incəsənət məktəbi tikiləcək.
Ednews bildirir ki, işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən inşa ediləcək incəsənət məktəbinin yol xəritəsi imzalandı.
Bu layihə də digər layihələr kimi Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə tövhə verəcək.