“DTX-nın Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilib SƏRƏNCAM

Siyasət 18:29 16.11.2022
Prezident İlham Əliyev 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb. Ednews xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib: 1. 1.2-ci bənddə “təhsilin əyani (gündüz) və qiyabi forması” sözləri “ali təhsil proqramları” sözləri ilə əvəz edilsin. 2. 3.3-cü bəndin “e” yarımbəndindən “və elmi-pedaqoji” sözləri çıxarılsın. 3. 4.6-cı bəndin “d” yarımbəndinə “buraxılışı” sözündən sonra “, dissertantların təhkim olunması” sözləri əlavə edilsin. 4. 4.11-ci bənd üzrə: 4.1. “d” yarımbəndində “imtahanlarının” sözü “attestasiyasının” sözü ilə, “İmtahan Komissiyasının” sözləri “Attestasiya Komissiyasının, ixtisaslaşdırılmış şuraların” sözləri ilə əvəz edilsin; 4.2. “ə” yarımbəndində “müəyyən olunmuş qaydada “professor”, “dosent”, “baş elmi işçi” və başqa” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq” sözləri ilə əvəz edilsin; 4.3. “g” yarımbəndi aşağıdakı redaksiyada verilsin: “g) dissertasiya mövzularını müəyyən edir, adyunktların və dissertantların fərdi iş planlarını təsdiq edir, müraciət etmiş şəxslər sırasından adyunkturaya qəbul və dissertant kimi təhkim olunma üçün namizədləri, habelə yaradıcılıq məzuniyyətlərinin verilməsi üçün namizədləri tövsiyə edir;”. 5. 5.2-ci bəndə “nizamnamələri,” sözündən sonra “Azərbaycan Respublikasının Əmək Məcəlləsi,” sözləri, “normativ” sözündən sonra “hüquqi” sözü əlavə edilsin. 6. 5.7-ci bənd üzrə: 6.1. birinci abzasa “nizamnamələrində,” sözündən sonra “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və” sözləri, “normativ” sözündən sonra “hüquqi” sözü əlavə edilsin; 6.2. ikinci abzasda “Respublika qanunvericiliyinə” sözləri “Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”yə və digər normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin. 7. 5.13-cü bənd aşağıdakı redaksiyada verilsin: “5.13. Akademiyada magistr dissertasiyalarının müdafiəsinin təşkili üçün ixtisaslaşdırılmış şuralar, habelə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün dissertasiya şuraları yaradılır.”. 8. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin: “6.1. Akademiyanın dəyişən heyəti Akademiyada təhsil alan kursantlar, dinləyicilər, adyunktlar və dissertantlardır.”. 9. 6.2-ci bənd üzrə: 9.1. birinci abzas aşağıdakı redaksiyada verilsin: “Kursantlar – Akademiyada ali təhsilin bakalavriat səviyyəsində təhsil alan, zabit hərbi rütbəsi olmayan hərbi qulluqçulardır.”; 9.2. ikinci abzasa “əlavə təhsil” sözlərindən əvvəl “ali təhsilin magistratura səviyyəsinə qəbul olunmuş, həmçinin” sözləri əlavə edilsin; 9.3. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin: “Dissertantlar ─ Akademiyada müstəqil surətdə dissertasiya işini yerinə yetirən hərbi qulluqçular və mülki şəxslərdir.”. 10. 6.9-cu bənd üzrə: 10.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin: “Akademiyada ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul, biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin və bakalavrların əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Akademiyada adyunkturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.”; 10.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin: “Abituriyentlərin Akademiyaya ali təhsilin bakalavriat səviyyəsinə kursant qismində qəbul edilməsi Akademiya rəisinin, dinləyicilərin və adyunktların qəbul edilməsi (dissertantların təhkim olunması) isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri ilə həyata keçirilir.”; 10.3. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin: “Müddətli həqiqi hərbi xidmət keçməyən şəxslər sırasından Akademiyaya qəbul edilmiş kursantlara “əsgər” hərbi rütbəsi verilir. Akademiyaya qəbul edilən hərbi qulluqçular, qəbulla eyni vaxtda həqiqi hərbi xidmətə daxil edilən abituriyentlər, habelə bakalavrlar sırasından Akademiyaya qəbul edilənədək həqiqi hərbi xidmət keçmiş və hərbi rütbə almış hərbi vəzifəlilər üçün həmin hərbi rütbələr saxlanılır.”. 11. 6.17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Ali təhsilin bakalavriat və magistratura səviyyələrinin təhsil proqramlarını mənimsəmiş, dövlət attestasiyasından müvəffəq qiymət almış kursantlara və dinləyicilərə müvafiq olaraq “bakalavr” ali peşə-ixtisas və “magistr” ali elmi-ixtisas dərəcələri verilir, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi ─ diplom və döş nişanı təqdim edilir. Akademiyanın ali təhsilin bakalavriat və magistratura səviyyələrini bitirmiş, zabit hərbi rütbəsi olmayan məzunlarına Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri ilə “leytenant” ilk zabit hərbi rütbəsi verilir.”. 12. 6.18-ci bəndin birinci cümləsində “Dövlət İmtahan Komissiyasının qərarı ilə fərqlənmə diplomu alan” sözləri “Akademiyada ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirən” sözləri ilə, “daxil” sözü “qəbul” sözü ilə əvəz edilsin. 13. Aşağıdakı məzmunda 6.19-cu və 6.20-ci bəndlər əlavə edilsin: “6.19. Adyunkturada və ya dissertantlıq yolu ilə təhsilini başa çatdırmış və müvafiq elmi dərəcə almış hərbi qulluqçulara və mülki şəxslərə elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədi ─ diplom verilir. 6.20. Əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil alaraq müvafiq təhsil proqramlarını mənimsəmiş və imtahanlardan müvəffəq qiymət almış hərbi qulluqçulara “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd verilir”.
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Hamısı