Qərbi Azərbaycan əyalətinin Bəykəndi (Bukan) şəhərində etirazçılar İran İnqilabının Keşikçiləri Korpusu (SEPAH) və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) əməkdaşlarını qətlə yetiriblər.
Ednews "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İranın “aftabnews” saytı məlumat yayıb.
Ötən gecə Qərbi Azərbaycan əyalətinin Bukan şəhərində baş verən toqquşmalarda Təhlükəsizlik Nazirliyinin əməkdaşı Mehdi İsnaəşəri və SEPAH zabiti Rəhim Səhabi həyatını itirib.