“Zamanın asılı olmayaraq, İran mütləq parçalanacaq” GÜNAZ TV-nin rəhbəri Əhməd Obalı ilə ÖZƏL MÜSAHİBƏ

Siyasət 13:50 21.11.2022
İranda molla rejimi əleyhinə iki aydan çoxdur davam edən nümayişlər artıq pik həddə çatıb. Ölkənin bir çox şəhərlərində, xüsusilə azərbaycan türklərinin, kürdlərin, ərəblərin və bəlucların yaşadığı bölgələrdə etirazçılar və təhlükəsizlik qüvvələr arasında baş verən ciddi toqquşmalar xeyli insan itkisinə səbəb olub. Məlumata görə, iğtişaşlar zamanı İranda 419 nəfər dinc nümayişçinin öldürüldüyü bildirilib. 
 
Eyni zamanda sosial şəbəkələrdə yayılan məlumatlara görə, artıq bəzi etirazçılar nümayişləri zor gücü ilə yatırmağa çalışan BƏSİC və SEPAH qüvvələrinə qarşı silahlardan istifadə etməyə başlayıblar.  Artıq SEPAH-ın konvoylarına ciddi hücumların edildiyi də müşahidə edilib. 
 
Bununla bərabər, İranın Qərbi Azərbaycan vilayətində kürdlərin kompakt yaşadığı Mahabad və Piranşəhr şəhərlərində kürdlərlə və SEPAH arasında şiddətli atışmaların getdiyi deyilir. 
 
 Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin beynəlxalq məsələlər üzrə məsul şəxsi, o cümlədən GÜNAZ TV-nin rəhbəri Əhməd Obalı hesab edir ki, xalq etirazlarının və üsyanlarının mütəmadi davam etməsi molla rejimin sonuna gətirib çıxaracaq.  
Xaricdə yaşayan azərbaycanlılar Berlində keçirilən Ümumavropa Qarabağ  mirinqi haqqında danışır. Əhməd Obalı, Şərifə Cəfəri və Günay Kazımzadə  mitinqlə bağlı fikirlərini Diaspor TV-nin tamaşaçıları ilə bölüşüb. |  Xaricdə yaşayan azərbaycanlılar Berlində ...
 
O, Ednews-a özəl çıqlamasında qeyd edib ki, rejimin sonuna qədər gücdən istifadə edib mövcudluğunu davam etdirməkdən başqa çarəsi yoxdur. 
 
“Mollalar heç bir ölkəyə qaça bilməyəcəklər və onlar millətin əlinə düşdüyü halda param-parça olacaqlar. Çünki mollar 40 ildir millətə və xalqlara eləmədiyi zülm qalmayıb.  Millət də geri oturmayacaq və mübarizəsini davam etdirəcək. Belə olan halda daha çox qanın tökülməsi gözlənilir. Etirazlar və nümayişlər mütəmadi davam edərsə, nəticədə üç və ya dörd ay içərisində rejim tab gətirməyəcək və devriləcək. Həmçinin, rejimin içərisində fikir ayrılıqları və parçanlamalar da müahidə ediləcək. SSRİ-nin və Pəhləvi rejimin son dövrlərində baş verən proseslərin eynisi İslam Respublikasında müşahidə  edilməsinə heç bir şübhə yoxdur. Bu rejim məhv olmağa məhkumdur”.  
 
Əhməd Obalı kürdlərlə və təhlükəsizlik qüvvələri arasında silahlı atışmaların olması barədə dolaşan məlumatları təkzib edib. 
 
“Əlbəttə, kürdlərin yaşadığı ərazilərdə vəziyyət çox gərgindir. Amma mətbuatda deyildiyi kimi, o bölgələrdə ciddi silahlı atışmalar yoxdur. Yalnız kiçik miqyasda silahlı insidentlər yaşanır.  Əgər kürdlər silahlı toqquşmalara cəlb olunsalar, rejim tərəfindən ağır məğlubiyyətə düçar olacaqlar. Rejim bütün hərbi vasitələrdən istifadə edib silahlı üsyanları amansızca yatıracaq.  Qanın tökülməsi və ölüm-itim olması rejimin ürəyindən keçir. Kürdlərin bu arzusu inqilaba yalnız ziyan vura bilər”. 
 
Güneyli fəalın sözlərinə görə, ərəblər, bəluclar, eləcə də azərbaycanlıların silahlı mübarizəyə getmək niyyətləri yoxdur. 
 
“Biz Azərbaycan türkləri sivil və mədəni şəkildə mübarizə aparılmasının tərəfdarıyıq. Biz silahlı mübarizəyə qarşıyıq. Əgər bizim tərəfdə kimlərsə silaha əl atmaq düşüncəsindədirsə, səhv və yalnış yolu seçəcəklər. Silahlı mübarizənin zamanı deyil”. 
 
Xalqların milli-mədəni istiqlaliyyət mübarizəsinə toxunan Əhməd Obalı hesab edir ki, İranda hər bir xalq öz milli hökumətinin formalaşmasına nail olmaq amalından əl çəkməyəcək.
 
“Bildiyimiz kimi, İran çoxmillətli bir dövlətdir. Bu ölkədə hər bir xalq və etnik qrup öz coğrafi ərazasində yaşayır. Yüz ildən çoxdur ki, İranda qatı fars millətçiliyi və milli ayrı-seçkilik hökm sürür. Qeyri-fars millətlərin dil və mədəni hüquqları və azadlıqları tapdalanır, milli kimliyə görə təhqir olunur və onları farslaşdırmaq üçün hər vasitədən istifadə olunur.  Artıq bu zülmdən yorulan xalqlar öz hüquqları uğrunda  ciddi etirazlara qalxıblar. İranda bütün xalqlar İslam Respublikasının devrilməsini və öz milli hökumətinin qurulmasını istəyirlər. Əlbəttə, federal İran xəttini dəstəkləyənlər də kifayyət qədərdir. Amma biz Azərbaycan türkləri öz müstəqilliyimizə və istiqlaliyyətimizə nail olmaq amalındayıq. Ərəblər və Bəluclar da müstəqilliyi dəstəkləyirlər. Zamanın nə vaxt yetişəcəyindən asılı olmayaraq, İranın parçalanması mütləq baş verəcək”.
 
Yunis Abdullayev 
Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub
22:32 25.06.2025
Qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı
22:17 25.06.2025
“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” Təhsildən yayınma və erkən nikahlar
22:02 25.06.2025
Yer kürəsində həyat spirtdən yaranıb?
21:47 25.06.2025
Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb
21:31 25.06.2025
“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər
21:16 25.06.2025
Hamısı