“Kiminsə qarşısını kəsmək bizim işimiz deyil” - Lukaşenkodan Paşinyana sərt cavab - ednews.net

7 Dekabr, Çərşənbə

(+994 50) 229-39-11

“Kiminsə qarşısını kəsmək bizim işimiz deyil” - Lukaşenkodan Paşinyana sərt cavab

Siyasət A- A A+
“Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün bütün səylərin göstərilməsini zəruri hesab edir”.
 
Ednews xəbər verir ki, bu barədə o, İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında bildirib.
 
Mövcud çağırış və təhdidlərdən danışan Aleksandr Lukaşenko bəyan edib ki, KTMT-də də çətin vəziyyət yaranıb:
 
"Biz bu barədə dəfələrlə demişik ki, onlar bizim ölkələrimiz daxilində, həm də Rusiya Federasiyasının perimetri boyu cəmiyyətləri silkələməyə çalışırlar. Əvvəla, Ukrayna alovlandı, 2020-ci ildə Belarusu məhv etməyə çalışdılar. Sonra Qazaxıstan. Ermənistan və Azərbaycan arasında münaqişə. Oktyabrın 28-də KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında dediyimi təkrarlayacağam. Biz iki qonşu və dost dövlət arasında münaqişənin sülh yolu ilə həll edilməsini istəyirik”.
 
"Düşünürəm ki, hamının fikrini bildirəcəyəm. Biz kənarda deyilik. Burada Nikol Vovayeviç (Ermənistanın baş naziri Nikol Paşinyan) deyir ki, niyə KTMT Azərbaycanın təcavüzünün qarşısını almayıb. Ancaq biz belə düşünmürük. Kiminsə qarşısını kəsmək bizim işimiz deyil, amma əslində biz reaksiya verməliyik. Biz belə reaksiya verməyə hazırıq”, - Belarus lideri bildirib.
 
O, qeyd edib ki, hazırda Rusiya bu məsələdə həm Ermənistan, həm də Azərbaycanın razılaşdığı vasitəçilik missiyasını həyata keçirir.
 
"Gəlin bu istiqamətdə çalışaq, hər şeyi edək ki, orada insanlar ölməsin. Bu, Ermənistan və Azərbaycan cəmiyyətində məmnuniyyətlə qəbul olunacaq", - prezident vurğulayıb.
 
"Bəli, Nikol Vovayeviç, nüanslar var. Amma biz indi yenidən alovlana biləcək bu münaqişəni əsaslı şəkildə həll edə bilərik. Ermənistan rəhbərliyi bunu istəsə. Təbii ki, Azərbaycan da", - deyə dövlət başçısı bildirib.
 
"Amma biz başa düşməliyik ki, münaqişə iki qonşu və dost dövlət arasındadır. Yeganə səbəb budur. Ona görə yox ki, biz bir tərəfi digərinin zərərinə sevindirmək istəyirik. Ermənilər bizə yad deyillər, onları dəstəkləmək istəyirik. Amma bu planda ilk növbədə Ermənistanın özü hərəkət etməlidir”, - deyə Aleksandr Lukaşenko davam edib.
 
“Bəlkə kimsə izah etsin, bu münaqişədə vasitəçilik edən Rusiyadan əlavə, Aİ və ATƏT niyə buradadır?  Biz bilirik ki, bu cür "vasitəçilik" nəyə gətirib çıxarır. Sadəcə, bu münaqişə ən azı uzun illər yenidən dondurulacaq. Onlara bu bölgədə sabitlik və sülh lazım deyil”.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...