Azərbaycanın ən böyük dəmir yolu - KÖRPÜSÜ TİKİLİR - FOTOLAR - ednews.net

2 Dekabr, Cümə

(+994 50) 229-39-11

Azərbaycanın ən böyük dəmir yolu - KÖRPÜSÜ TİKİLİR - FOTOLAR

Siyasət A- A A+
"Azərbaycan Dəmir Yolları" QSC Həkəri çayı üzərində ölkənin ən böyük dəmir yolu körpüsünü tikir.
 
Ednews xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
 
Məlumatda bildirilir ki, körpünün uzunluğu 418 metr, eni isə 6,5 metr olacaq.
 
Bu körpü Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası çəçivəsində görülən işlərin tərkib hissəsidir. Yolun təməli ötən il fevralın 14-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 
 
Layihənin gələn ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.
 
Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Xətt boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək.
 
Layihə çərçivəsində, həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcək.
1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...