Rusiya Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Kiyevdəki Ürək İnstitutunda uşaq üzərində aparılan əməliyyat zamanı işıq sönüb.
Ednews xəbər verir ki, institutun direktoru Boris Todurov cərrahların hansı şəraitdə işlədiyini göstərən video paylaşıb.
O qeyd edib ki, həkimlər yalnız təcili əməliyyatları yerinə yetirməkdə davam edirlər:
"Hətta bu qeyri-standart vəziyyətdə heç bir xəstə ölməyib”.