“Rusiya qanunsuz addımlara şərait yaratmaqla regionda zəifləmiş mövqeyini möhkəmləndirməyə çalışır” Hərbi ekspert

Siyasət 14:00 25.11.2022
Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərimizə hərbi sursatların daşınması və qeyri-qanuni erməni silahlı birləşmələrinin yerləşməsi haqqında yayılan məlumatlar səngimək bilmir.  Eyni zamanda sülhməramlıların himayəsi altında olan ərazilərdə yerləşən erməni silahlıları ordumuzun mövqelərini atəşə tutur və təxribatyönümlü təlimlər həyata keçirirlər. 
 
Bu kimi qanunsuz əməllərin və halların sakit tərzdə qarşısının alınması üçün Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti dəfələrlə bəyanat verib, hətta son vaxtlar Rusiya sülhməramlılarının rəhbərliyinə xəbərdarlıq edilir.
Lakin sülhməramlıların rəhbərliyi bəyanatlarımıza və xəbərdarlığımıza məhəl qoymur və ermənilərin özbaşnalıqlarına şərait yaradırlar. 
 
Məsələ ilə bağlı Ednews – a açıqlamasında hərbi ekspert Ramiz Şərifov hesab edir ki, Rusiya bu kimi qanunsuz və təxribatyönlü addımlara şərait yaratmaqla regionda zəifləmiş mövqeyini möhkəmləndirməyə çalışır.
 
Onun sözlərinə görə, Moskva Azərbaycana və Ermənistana təsir rıçaqlarını əldən vermək istəmir. 
 
“Bölgədə Azərbaycanın mövqeyinin günü-gündən möhkəmlənməsi, Türkiyə və İsrail ilə siyasi-hərbi münasibətlərini inkişaf etdirməsi və Rusiyanın təsirindən uzaqlaşması Kremli çox narahat edir. Məhz bu səbəblərə görə, rus sülhməramlıları ermənilərə Qarabağa qanunsuz silah-sursat daşımalarına, yeni səngərlər yaratmasına və təxribatlar törətməsinə imkan yaradır. Ruslar heç vaxt sülhə meyilli olmayıblar. Sovet ordusunda uzun müddət xidmət edən hərbiçi kimi deyə bilərəm ki, rus ordusunun doktrinasında sülh missiyası önəmli xarakter daşımayıb. Onu da qeyd edim ki, BMT-nin nəzdində fəaliyyət göstərən rus sülhməramlıları yalnız hər hansı qüvvənin siyasi və iqtisadi maraqlarına xidmət edirlər”. 
 
Ekspert qeyd edib ki, Azərbaycan ordusu bölgədə erməni təxribatlarının qarşısının alınması üçün hər zaman hazır mövqedə olmalıdırlar. 
 
“10 noyabr bəyanatına əsasən, Azərbaycan sülhsevər ölkə kimi dəfələrlə bəyanat yayıb ki, Azərbaycan ərazisində üçüncü bir dövlətin silahlı birləşmələri ola bilməz. Rusiya sülhməramlıları bütün erməni silahlılarını tərkisilah etmək öhdəliyi götürüb. Lakin biz görürük ki, ruslar öz öhdəliyini pozaraq qanunsuz addımlara yol açır. Müdafiə və təhlükəsizlik səviyyəsində ölkə rəhbərliyi dəfələrlə özbaşnalıqlarla bağlı onlara xəbərdarlıq edib. Amma bizim də səbrimiz bir həddi var. Azərbaycan ordusu yaxın zamanda mütləq  növbəti anti-terror əməliyyatları həyata keçirəcək”. 
 
Sonda Ramiz Şərifov vurğulayıb ki, növbəti hərbi əməliyyatlarda Azərbaycan silahlı birləşmələri Xankəndi, Ağdərə, Xocalı və Xocəvənd istiqamətlərində bir sıra əraziləri nəzarətə götürəcək. 
 
“44 günlük Vətən müharibəsinin sonunda ordumuz Xankəndiyə yaxınlaşmışdı. Həmin vaxt bütün ermənilər şəhəri tərk edərək qaçmışdılar. Odumuzun şəhərə girməyə imkanları var idi. Növbəti hərbi əməliyyatlarda Ermənistan, Rusiya, eləcə də digər dövlətlər bizim qarşımızı ala bilməyəcək. Biz ərazi bütövlüyümüzü tam təmin edəcəyik”. 
 
Yunis Abdullayev
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Hamısı