2020-ci ildə Ermənistan və Azərbaycan arasında baş vermiş ikinci Qarabağ müharibəsinin qızğın vaxtında Hindistan Ermənistana atıcı silahlar, döyüş sursatı və digər silahların təcili ödəniş şərti ilə göndərilməsini təklif edib.
Ednews xəbər verir ki, bu barədə informasiya idrw.org saytında yerləşdirilib.
Erməni hərbçiləri Hindistanın bu cür köməyinə razılıq veriblər, lakin İrəvana hərbi yükləri çatdırmaq gücündə olan hava daşımaları təşkil edə bilməyiblər.
Xatırladaq ki, Ermənistan Hərbi Hava Qüvvələrinin balansında sovet dövründən qalmış cəmi iki İl-76 hərbi-nəqliyyat təyyarəsi var. Lakin nədənsə Hindistandan hərbi yüklərin daşınması onlara həvalə olunmayıb.