Finlandiya bu ölkəyə görə NATO-ya üzv olmaq istəyir - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Finlandiya bu ölkəyə görə NATO-ya üzv olmaq istəyir

Siyasət A- A A+
Finlandiyanın NATO-ya üzv olmaq istəyinin əsas səbəbi Ukraynada müharibə başlayandan sonra Rusiyadan gələn nüvə təhdidləridir.
 
Ednews xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Pekka Haavisto bildirib.
 
O əlavə edib ki, Ukraynada müharibənin başlaması ilə Avropada real təhlükəsizlik vəziyyəti dəyişib.
 
Haavistonun fikrincə, Finlandiya bunu nəzərə alaraq, nüvə və kimyəvi silahlardan istifadə təhlükəsi yarandığı halda necə cavab verməli və haradan dəstək alacağını düşünməli oldu ki, bu da NATO-ya üzv olmaq qərarında fundamental amilə çevrildi.
 
İsveç və Finlandiyanın NATO-ya daxil olma protokolunu 30 ittifaq ölkəsindən 2-si - Macarıstan və Türkiyə ratifikasiya etməyib. Xüsusilə, Ankara Stokholm və Helsinkidən ratifikasiya müqabilində terror fəaliyyətində ittiham olunan şəxslərin ekstradisiyasını tələb edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...